Menyu

Göygöldə piyadanı avtomobil vuraraq öldürüb

Operativ Media
Göygöldə piyadanı avtomobil vuraraq öldürüb

Göygöldə piyada yol qəzasında ölüb.

Operativ Media-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M. Mamedovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qəzadan sonra avtomobil yol kənarındakı dəmir arakəsməyə çırpılıb, daha sonra aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər